AZ

Tez arıqlamaq üçün bu kokteyli hazırlayın

Dietoloq Kristen Karli tez arıqlamağın yollarını açıqlayıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, mütəxəssisin fikrincə sadə üsulla hazırlanmış kokteyl vasitsəilə qısa zamanda arıqlamaq mümkündür. Bu kokteyl həm də bədəninizi qiymətli mikroelementlər və vitaminlərlə doyuracaq.

Kokteyli hazırlamaq üçün 1 qaşıq protein tozu, 1 stəkan şəkərsiz badam südü, yarım banan, 1 xörək qaşığı fıstıq yağı, bir ovuc ispanaq və buz kublarını blenderdə birləşdirin. Daha şirin bir dad üçün bir az bal əlavə edə bilərsiniz.

Kokteyl zülalla doludur ki, bu da daha uzun müddət toxluq hissi yaradır. Gün ərzində kifayət qədər protein yemək toxluğu artıra və aclığı azalda bilər ki, bu da həddindən artıq yeməyin qarşısını almağa və arıqlamaq səylərini dəstəkləməyə kömək edə bilər.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
55
7
milli.az

8Mənbələr