Bu gün Avro-2024-də 1-ci tura yekun vurulur.
QOL.az xəbər verir ki, bu gün turnirdə 2 oyun təşkil ediləcək. Hər iki matç F qrupunda keçiriləcək. İlk görüş qardaş Türkiyənin millisi ilə qonşu Gürcüstanın arasında olacaq. Bununla da gürcülər Avropa çempionatlarının final mərhələsi tarixində ilk oyunlarına çıxacaqlar. Dortmunddakı “BVB-Ştadion”da keçiriləcək matç Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
Tura isə bu qrupun digər oyunu - 39 yaşlı Kriştiano Ronaldonun kapitanı olduğu Portuqaliyanın Çexiyaya qarşı “Leyptsiq Ştadium”da təşkil olunacaq oyunu ilə yekun vurulacaq.
18 iyun
F qrupu
20:00. Türkiyə - Gürcüstan - 1:1 (Birinci hissə)
Qollar: Mert Müldür, 25 (1:0), Georges Mikautadze, 31 (1:1)
Baş hakim: Fakundo Telyo (Argentina).
Dortmund, "Siqnal İduna Park" stadionu.
23:00. Portuqaliya - Çexiya
Baş hakim: Marko Quida (İtaliya).
Leyptsiq, "Red Bull Arena".
N | Komandalar | O | Q | H | M | T-F | X |
1 | Çexiya | 0 | 0 | 0 | 0 | 0 | 0 |
2 | Türkiyə | 0 | 0 | 0 | 0 | 0 | 0 |
3 | Portuqaliya | 0 | 0 | 0 | 0 | 0 | 0 |
4 | Gürcüstan | 0 | 0 | 0 | 0 | 0 | 0 |