AZ

“İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər dövlətçilik tariximizin qızıl dövrüdür” - RƏY + FOTO

“Prezident İlham Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi 2003-2023-cü illəri birmənalı şəkildə milli dövlətçilik tariximizin qızıl dövrü adlandırmaq olar”.

Bunu “Report”a açıqlamasında AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Məhəmməd Cəbrayılov deyib.

Onun sözlərinə görə, 200 illik problemə son qoyaraq Pənahəli xanın inşa etdirdiyi tarixi yurd yeri olan Xankəndidə Azərbaycan bayrağını ucaldan, ölkənin suverenliyi və ərazi bütövlüyünü bərpa edən Ali Baş Komandan İlham Əliyevə hər bir ziyalı, xalqın bütün nümayəndələri minnətdardırlar:

“İlham Əliyev prezidentliyinin ilk illərində populist deyil, strateji tələbləri özünün hədəfinə çevirdi. Əksər liderlərin çox vaxt strateji tələblərdən imtina etməsi onu göstərir ki, qarşıya qoyulan məqsədə çatmaq üçün çoxsaylı maneələr mövcuddur. Ancaq İlham Əliyevin 20 illik fəaliyyətini analiz etdikdə hər birimizə aydın olur ki, regional və qlobal güclər tərəfindən Azərbaycanın geoiqtisadi layihələrinə qarşı çoxsaylı maneələr və çətinliklər yaradılmasına baxmayaraq, dövlət başçısı strateji düşünmə qabiliyyəti ilə bunları aşa bilib. Məsələn, biz düşünə bilərik ki, Azərbaycan neft hasilatçısıdır və hasil etdiyi məhsulu dünya bazarına maneəsiz çıxara bilər. Ancaq proseslərin analizini apardıqda aydın olur ki, məhsulların dünya bazarına çıxarılması üçün çoxsaylı təhdid və maneələr mövcuddur. Bütün bunlara baxmayaraq, İlham Əliyevin resursların idarə edilməsi və onların dünya bazarına çıxarılması ilə bağlı seçdiyi strateji kurs funksionallıq və davamlılıq baxımdan olduqca əhəmiyyətli olub”.

O, həmçinin bildirib ki, bütün bunları nəzərə alaraq bu 20 ilin uğurlarına bir neçə istiqamətdə qısa şərh vermək mümkündür:

“Enerji ixracı sahəsində aparılan siyasi kursun Avropanın enerji təhlükəsizliyində oynadığı rolun əhəmiyyəti və onun qlobal səviyyədə Azərbaycana qazandırdığı üstünlükləri vurğulamaq istəyirəm. Azərbaycan İlham Əliyevin rəhbərliyi altında enerji sahəsində böyük inkişaf yolu keçdi və enerji ixracının şaxələndirilməsi strategiyası ölkəmizə qlobal və regional aktor kimi böyük üstünlüklər qazandırdı. Digər tərəfdən Azərbaycanın neft və qaz sahələri, energetika infrastrukturu yüksək səviyyədə inkişaf edib. Bu, Azərbaycanın energetika təhlükəsizliyini təmin etməkdə və energetika resurslarını dünya bazarlarına çatdırmaqda böyük uğur hesab olunur. İkinci məsələ Azərbaycanı kommunikasiya habına çevirmək strategiyası ilə bağlıdır. İlham Əliyev okean və dənizlərə birbaşa çıxışı olmayan Azərbaycanda böyük infrastruktur layihələr həyata keçirməklə ölkənin strateji önəmini dəfələrlə artıra bilib. Bu dövr ərzində dəmir yolları, beynəlxalq səviyyəli avtobanlar, hava limanları, yüksək səviyyəli dəniz limanları inşa olunub. Həyata keçirilən geoqtisadi layihələr Azərbaycanın region və dünya ölkələri ilə əməkdaşlığında müstəsna rol oynayır”.

Sosioloq həmçinin bildirib ki, 20 illik müddətdə təhsil və sağlamlıq sahələrində böyük infrastruktur layihələri həyata keçirilib:

“Məcburi köçkün vəziyyətinə salınmış bir milyon insan çadır şəhərciklərindən təxminən yüzdən çox inşa edilmiş müasir şəhərciklərə köçürülüb. Hazırda işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri həyata keçirilir. Artıq işğaldan azad olunmuş ərazilərdə yeni inşa edilmiş müasir evlərdə 30 il əvvəl yurdlarını məcburi tərk etmiş insanlarımız yaşamağa başlayıb. Bütün bunları təhlil etdikdə aydın olur ki, Azərbaycanın hərtərəfli inkişafı üçün İlham Əliyevin ümumi məqsədləri ifadə edən strategiyası var”.

Eyni zamanda M.Cəbrayılov regionun stabilliyinin təmin edilməsi və bir sıra bölgələrdə siyasi-iqtisadi əməkdaşlığın inkişafına İlham Əliyevin verdiyi töhfənin çox qiymətli olduğunu vurğulayıb:

“Ən önəmli məsələ isə 200 illik bir dövrü əhatə edən problemə son qoymasıdır. Bu uğurlar da dövlətçiliyin yeni mərhələsidir. Ona görə də İlham Əliyevin liderlik keyfiyyəti və onun 20 illik fəaliyyətinin uğurları ayrı-ayrılıqda ciddi araşdırma tələb edir. Beləliklə, Prezident İlham Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi 2003-2023-cü illəri birmənalı şəkildə milli dövlətçilik tariximizin qızıl dövrü adlandırmaq olar. Çünki heç vaxt xalqımız indiki qədər yüksəliş dövrünü yaşamayıb. İndiki qədər güclü, milli birliyi, bütövlüyü təmin edilən misli görünməmiş tərəqqi illəri olmayıb”.

Seçilən
657
3
seher.media

10Mənbələr