
Lənkəran şəhərindəki bazarda yanğın hadisəsi baş verib.
Yeniavaz.comxəbər verir ki, yanğının kadrları sosial şəbəkələrdə yayılıb.
Bildirilir ki, yanğın mərkəzi bazarın daxilində fəaliyyət göstərən “Al market”də başlayıb və ətrafa yayılıb.
FHN-dən bildirilib ki, Lənkəran şəhərində ümumi sahəsi 250 m² olan bir mərtəbəli mağazanın dam örtüyünün yanar konstruksiyaları 200 m² sahədə və içərisində qismən ərzaq malları yanıb:
“Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”.