AZ

Rusların görünməz bombaları Ukrayna ordusunda xaos yaradır - Amerikalı ekspert

"Rusiya silahlı qüvvələrinin yeni bombalarını görmək demək olar ki, mümkün deyil. Eyni zamanda onlar hədəfi vurmaqda çox dəqiq işləyirlər".

News365.az xəbər verir ki, bu barədə təqaüddə olan amerikalı zabit, hərbi ekspert Daniel Devis özünün YouTube kanalında məlumat verib.

“Rusların xüsusi aviabombaları var, onlar dəqiq idarə olunan sursatlar kateqoriyasına aiddir... Qərb hələ də onlara qarşı necə mübarizə aparacağını müəyyən edə bilməyib. Bu bombalar o qədər kiçikdir ki, onları görmək demək olar ki, mümkün deyil”, - zabit vurğulayıb.

Devis onu da əlavə edib ki, Rusiya Silahlı Qüvvələrinin istifadə etdiyi bu "planlaşdırılan bombalar" adlanan sursatlar Ukrayna Silahlı Qüvvələrinin bütün cəbhəsində dağıdıcı funksiya, xaos rolunu oynayır.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Son bir ayda isə rus qoşunları Xarkov istiqamətində daha çox hücumlar edir, əsas hədəfin bu bölgənin olduğunu nümayiş etdirirlər. Bir müddət öncə isə Kiyev səfərbərlik qaydalarını bir qədər də sərtləşdirib.

Tural

News365.az


phrase_var_article.chosen
180
31
news365.az

10phrase_var_article.sources