AZ

Lisenziya sayı 39 oldu

Azərbaycan millisi Paris-2024 Yay Olimpiya Oyunlarına daha 2 lisenziya əldə edib. Sport24.az xəbər verir ki, bu hüquqa Məryəm Şeyxəlizadəxangah və Ramil Vəlizadə yiyələnib.
 
Üzgüçülərimiz Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatının nəticələrinə rəsmi dəvət əsasında Olimpiya Oyunlarına iştirak edəcəklər.
 
Bununla da Azərbaycan milli komandasının 16 idman növündə lisenziya qazanan idmançılarının sayı 39-a yüksəlib.
 
Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanan idmançılar
BadmintonEdi Reski Dviçayo (kişilər, fərdi)Keişa Fatimə Zəhra (qadınlar, fərdi)
Bədii gimnastikaZöhrə AğamirovaQrup hərəkətləri komandası (Ləman Əlimuradova, Kamilə Əliyeva, Yelizaveta Luzan, Güllü Ağalarzadə və Darya Sorokina)
Batut gimnastikasıSelcan Maqsudova
Sərbəst güləşƏliabbas Rzazadə (57 kq)Hacı Əliyev (65 kq)Turan Bayramov (74 kq)Osman Nurmaqomedov (86 kq)Maqomedxan Maqomedov (97 kq)Giorgi Meşvildişvili (125 kq)
Yunan-Roma güləşiMurad Məmmədov (60 kq)Həsrət Cəfərov (67 kq)Sənan Süleymanov (77 kq)Rafiq Hüseynov (87 kq)Sabah Şəriəti (130 kq)
Qadın güləşiMariya Stadnik (50 kq)
AtletikaAnna Skidan, çəkicatma
BoksNicat Hüseynov (51 kq)Malik Həsənov (63,5 kq)Murad Allahverdiyev (80 kq)Alfonso Dominqes (92 kq)Məhəmməd Abdullayev (+92 kq)
TaekvondoQaşım Maqomedov (58 kq)
AtıcılıqRuslan Lunyov (10 m, pnevmatik tapança)
BasketbolQadın yığması, 3x3 növü
AvarçəkməDiana Dımçenko, (2000 m, akademik avarçəkmə)
TriatlonRostislav Pevtsov
QılıncoynatmaAnna Başta, (sablya)
Kamandan oxatmaYaylagül Ramazanova
ÜzgüçülükMəryəm ŞeyxəlizadəxangahRamil Vəlizadə
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-də start götürəcək.

Seçilən
94
1
sport24.az

10Mənbələr