AZ

Tiktok hesabı bağlanan Serdar Ortaçdan üsyan: "Sanki cinayət işləmişəm"


Sosial şəbəkə hesabında açdığı canlı yayımlarda içki içən və siqaret çəkən müğənni Serdar Ortaçın Tiktok profili bağlanıb.

Faktmedia Türkiyə KİV-ə istinadən xəbər verir ki, ifaçı buna buna narazılğını bildirərək instaqram hesabında etiraz edib:

"Tiktok hesabımı bağlayıblar. Elə bil, namus cinayəti işləmişəm. Mən də instaqrama gəldim. İnstaqramı sevirəm. Amma burada canlı yayım açmaq mümkün deyil. 35 il viski içən bir adam bir gecədə onu necə tərgidə bilər?

Alkoqolsuz həyat inanılmaz dərəcədə gözəldir. Bu gün 23-cü gündür həm içkini, həm də siqareti eyni vaxtda atmışam. 35 il ərzində hər gecə viski içməyi dayandırdım".

Seçilən
87
1
faktmedia.az

2Mənbələr