Dənizdən 30 yaşlarında olan kişinin sol topuğuna iki su balonunun bağlanmış cəsədi tapılıb.
BiG.AZ xəbər verir ki, hadisə Türkiyənin İzmir şəhərində baş verib.
Hadisə gecə saat 23:00 radələrində Mustafa Kəmal sahil bulvarı, Qaradaş sahilində baş verib. Dənizdə hərəkətsiz dayanan şəxsi görənlər bu barədə polisə məlumat veriblər. Xəbərdarlıq üzərinə hərəkətə keçən polis qrupları dənizdən 30 yaşlarında bir kişini sol topuq nahiyəsinə iki ədəd 10 litrlik su qabı bağlamış vəziyyətdə tapıblar.
Hadisə ilə bağlı araşdırma başladılıb.
BiG.Az