41 yaşlı referi Denni Makkeli Avro-2024-ün qrup mərhələsindən sonra turnirdən uzaqlaşdırılıb. SİA xəbər verir ki, bu barədə AD məlumat yayıb.
Makkeli 2024-cü il Avropa çempionatının qrup mərhələsinin iki oyununda çalışıb: Almaniya – Macarıstan (2:0) və İtaliya – Xorvatiya (1:1).
İtaliya və Xorvatiya arasında keçirilən 3-cü tur matçında Makkelinin oyunun əsas vaxtına səkkiz dəqiqə əlavə etməsi suallar yaradıb.
Amma niderlandlı məhz İtaliya və Xorvatiya milliləri ilə matçdakı vəziyyətə görə Avro-2024-dən uzaqlaşdırıldığı açıqlanmır.