AZ

AVRO-2024: İngiltərə millisi yarımfinala vəsiqə qazanıb

Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında İngiltərə - İsveçrə matçının qalibi penaltilər seriyasında müəyyənləşib.
 
Moderator.az məlumatına görə "Report" xəbər verir ki, əsas və əlavə vaxtı 1:1 hesablı bərabərliklə yekunlaşan matçın penaltilər seriyasında İngiltərə millisi üstün olub - 5:3.
 
Oyunun əsas vaxtında İsveçrə millisinin futbolçusu Bril Embolo 75-ci dəqiqədə fərqlənib. İngiltərə yığmasından isə Bukayo Saka 80-ci dəqiqədə rəqib qapısına yol tapıb - 1:1.
 
Qeyd edək ki, İngiltərə yığması yarımfinalda Niderland - Türkiyə matçının qalibi ilə görüşəcək.
Seçilən
65
9
moderator.az

10Mənbələr