Atlet Yaroslava Maquçix hündürlüyə tullanmada yeni dünya rekorduna imza atıb. İdmançı 2,10 metr nəticə göstərib.
22 yaşlı atlet Parisdə keçirilən atletika üzrə "Briliyant Liqa"da bu uğura nail olub. O, 1987-ci ildə bolqarıstanlı Stefka Kostadinovanın nəticəsini 1 santimetr yaxşılaşdırıb.
Qeyd edək ki, Maquçixin əvvəlki ən yaxşı göstəricisi 2,05 metrə bərabər olub.