Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün yarımfinalın ilk oyunu keçiriləcək. Günün yeganə matçı Münhendəki "Alyans Arena"da, İspaniya və Fransa yığmaları arasında gerçəkləşəcək.Pireneylilər 1/4 finalda Almaniyanı mübarizədən kənarlaşdırıblar. Fransızlar isə Portuqaliyadan güclü olublar.Saat 23:00-da start götürəcək görüşü sloveniyalı Slavko Vinçiç idarə edəcək.Qeyd edək ki, yarımfinal mərhələsinin digər qarşılaşmasında sabah Niderland və İngiltərə yığmaları üz-üzə gələcək.
Diqqət Çəkənlər
Sel sularının çəkilməməsi təxminən 500 min insana zərər vurdu
Viktor Orban Pekin səfəri haqqında video yayımlayıb - VİDEO
Rusiyanın Kiyevə hücumunun nəticələri - FOTOLAR (HƏSSAS GÖRÜNTÜ)