AZ

ÇL: “Qarabağ”ın Bakıdakı oyunu ukraynalı hakimə tapşırıldı

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki cavab oyununa təyinatlar açıqlanıb.

Arena.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Ukraynadan olan hakimlər briqadasına tapşırılıb.

Matçın baş hakimi Viktor Kopiyevski olacaq. Ona yan xətt hakimləri qismində həmyerliləri Semyon Şlonçak və Vladimir Vısotski kömək edəcəklər. Dördüncü hakim funksiyasını Dmitri Pançişin yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüş saat 20:00-da start götürəcək. “Qarabağ” bu raundda “Hamrun Spartans” (Malta) – “Linkoln” (Cəbəllütariq) cütünün qalibi ilə üz-üzə gələcək. Azərbaycan çempionu ilk matçını iyulun 23-də və ya 24-də səfərdə keçirəcək.

Seçilən
90
22
arena.az

10Mənbələr