AZ

UEFA Çempionlar Liqası: "Qarabağ"ın oyununun hakimi bəlli olub

"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki cavab oyununa təyinatlar açıqlanıb.

UEFA-nın rəsmi saytı xəbər verir ki, qarşılaşma Ukraynadan olan hakimlər briqadasına tapşırılıb.

Matçın baş hakimi Viktor Kopiyevski olacaq. Ona həmyerliləri Semyon Şlonçak və Vladimir Vısotski kömək edəcək. Dördüncü hakim funksiyasını Dmitri Pançişin yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüş saat 20:00-da start götürəcək. "Köhlən atlar" bu raundda “Hamrun” (Malta) – “Linkoln” (Cəbəllütariq) cütünün qalibi ilə üz-üzə gələcək. Azərbaycan çempionu ilk matçını iyulun 23-ü və ya 24-də səfərdə keçirəcək.

Seçilən
123
22
cbcsport.az

10Mənbələr