AZ

AVRO-2024: Bu gün ilk yarımfinal matçı oynanılacaq

Almaniyada təşkil olunan Futbol üzrə Avropa Çempionatında bu gün yarımfinalın ilk oyunu keçiriləcək.

Günün yeganə matçı Münhendəki "Alyans Arena"da İspaniya və Fransa milliləri arasında gerçəkləşəcək.

Pireneylilər 1/4 finalda Almaniyanı mübarizədən kənarlaşdırıblar. Fransızlar isə Portuqaliyadan güclü olublar.

Saat 23:00-da start götürəcək görüşü sloveniyalı Slavko Vinçiç idarə edəcək.

Qeyd edək ki, yarımfinal mərhələsinin digər qarşılaşmasında sabah Niderland və İngiltərə yığmaları üz-üzə gələcək.

AVRO-2024

Yarımfinal

9 iyul

23:00. İspaniya - Fransa

Baş hakim: Slavko Vinçiç (Sloveniya).

Münhen, "Alyans Arena".

Seçilən
104
3
cbcsport.az

10Mənbələr