AZ

“Qarabağ”ın daha bir qapıçısı klubu tərkETDİ

“Qarabağ”ın daha bir qapıçısı klubu tərk edib.

Redaktor.az xəbər verir ki, Andrey Lunyovdan sonra Luka Quqeşaşvili də Azərbaycan çempionundan ayrılıb.

Gürcüstan millisi ilə AVRO-2024-ün iştirakçısı olan qolkiper karyerasını Yunanıstanda davam etdirəcək. O, “Panserraikos” klubuna keçib. Luka yeni komandası ilə 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, qapıçı 2022-ci ilin əvvəlində “Qarabağ”a keçmişdi.

Seçilən
66
7
redaktor.az

8Mənbələr