AZ

Dənizdə boğulma hadisələrinin 95 faizi nəzarətsiz çimərliklərin payına düşür - EKSPERT

Çimərlikdə məlumatlandırıcı və xəbərdaredici lövhələrə riayət etmək və sərhəd edilmiş nişanları keçməmək lazımdır
 
Son günlər dənizdə boğulan insanların sayında artım müşahidə olunur. Hadisələrin artmasının əsas səbəblərindən biri də vətəndaşların ehtiyatsızlığıdır. Çünki boğulmalar adətən dənizdə baş verən hansısa xüsusi vəziyyətə və ya vətəndaşın səhhətindəki problemə bağlı olaraq baş vermir. Həmçinin çimmək üçün qadağan olunmuş su hövzələrinə, qeyri-çimərlik ərazilərə valideynlərinin nəzarəti olmadan üz tutan azyaşlıların, yeniyetmələrin sayı artıb. Bunu statistikadan da aydın görürük.

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev "Sherg.az"a açıqlamasında bildirib ki, çimərliyə gedən şəxslər tərəfindən təhlükəsizliyə ciddi riayət edilməlidir:

“Çimərlik işçiləri tərəfindən həmin ərazidə təhlükəsiz şərait yaradılmalıdır. Yəni çimərlikdə hər 100 metrdən bir xilasedici, müşahidə qülləsi, olmalıdır. İnsanlar çimərliyə gedərkən fəaliyyətinə icazə verilən çimərlik seçməlidirlər. Çünki həmin ərazidə xilasetmə xidməti mövcuddur. Hər il xilasedicilər yüzlərlə boğulan insanları xilas edirlər. Dünya ölkələrində çimərliklərdə boğulma və təhlükəsizlik hadisəsi ilə mübarizə aparılır. Ümumi boğulanların statistikasına baxsaq görərik ki, 95%-i nəzarətsiz çimərliklərin payına düşür. Bu isə onu göstərir ki, nəzarətsiz çimərliklərdə təhlükə olduqca çoxdur. Əlverişsiz hava şəraitində çimərliyə getmək düzgün deyil. Boğulma halları daha çox olur. Çimərlikdə məlumatlandırıcı və xəbərdaredici lövhələrə riayət etmək və sərhəd edilmiş nişanları keçməmək lazımdır. Həmin nişanlar 1 metr 70 sm ilə tətbiq olunub. Təhlükəsizlik baxımından suda göstərilən rəqəmdən yuxarı getmək və 15-20 dəqiqdən artıq qalmaq olmaz. Uşaqlar valideyn nəzarəti altında olmalıdır. Suya qayaların üzərindən atlamaq, spirtli içki qəbul edib çimmək və  kiçik həcmli gəmilərin gətirilməsi yol verilməzdir”.
Seçilən
203
9
sherg.az

10Mənbələr