AZ

"Araz-Naxçıvan" sıralarını daha bir braziliyalı futbolçu ilə gücləndirib.

Təlim-məşq toplanışının ikinci mərhələsini reallaşdırmaq üçün bu gün Türkiyəyə yola düşən “Araz-Naxçıvan” heyətinə yeni futbolçu qatıb. "Qırmızı-ağlar"ın növbəti transferi Felipe Santosdur.

Braziliyalı yarımmüdafiəçi ilə anlaşmanın müddəti 1 ildir. 27 yaşlı futbolçu “qırmızı-ağlar”ın düşərgəsinə Ərzurumda qoşulacaq.

Yerli azarkeşlər üçün tanış sima olan və yarımmüdafiənin hər iki cinahında oynamağı bacaran Felipenin son klubu İsrail “Hapoel Hayfa”sı olub. Karyerasına vətənində başlayan futbolçu “Palmeyras”ın uğurları üçün tər töküb. 2018-ci ildə əvvəlcə Sloveniyanın “Ankaran”, sonra isə “Maribor”un heyətində yer alıb. Sonra Azərbaycana gələn braziliyalı “Şamaxı”nın formasını geyinib. O, “Qəbələ”nin də qələbələri üçün çalışıb.

Qeyd edək ki, “Araz-Naxçıvan” yay transfer dövründə Tərlan Əhmədli, Ürfan Abbasov, Bəxtiyar Həsənalızadə, Ülvi İsgəndərli, Ömər Buludov, Benny, Turan Vəlizadə və Karlos Jatobanı heyətinə qatıb. Klub Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Vüsal Şabanov, Tuqay Əlizadə, Ramin Nəsirli və Miço Küzmanoviçlə isə müqaviləni yeniləyib.

Seçilən
79
13
cbcsport.az

10Mənbələr