AZ

İrəvan Ukraynanın sülh formulunu dəstəklədi

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Maltada Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Ermak ilə ikitərəfli münasibətləri müzakirə edib.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın Ukraynadakı səfirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, Qriqoryanla Ermak ikitərəfli əlaqələri və enerji sektorunda əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Oktyabrın 5-də Qranadada Avropa Siyasi Birliklərinin sammiti çərçivəsində Ukrayna Prezidenti Vladimir Zelenskinin Ermənistanın Baş naziri Nikol Paşinyan ilə ilk görüşünün əhəmiyyəti qeyd edilib.

Ermak Ermənistanın baş nazirinin xanımı Anna Akopyana Kiyevdə keçirilən birinci xanımların sammitində iştirakına, eləcə də ukraynalı məktəblilərə göstərdiyi humanitar yardıma görə təşəkkür edib.

Eyni zamanda, Ermak Ermənistanın Ukrayna sülh formulunu dəstəkləyən dövlətlər sırasına qoşulmasını yüksək qiymətləndirib.

Ariz Həsənoğlu,

KONKRET.az

Seçilən
587
6
konkret.az

10Mənbələr