AZ

“Uimbldon”da finalçılar məlumdur

Qadınlar arasında “Uimbldon” turnirinin yarımfinal oyunları başa çatıb. Qazaxıstanı təmsil edən dünyanın dördüncü raketkası Yelena Rıbakina reytinqin 32-ci nömrəsi, çexiyalı tennisçi Barbora Kreyçikova uduzaraq turniri sensasiyalı şəkildə tərk edib.

Çempion adı uğrunda Kreycikova italiyalı tennisçi, dünyanın yeddinci raketkasi, Xorvatiya təmsilçisi Donna Vekiçə qalib gələn Yasmin Paolini ilə mübarizə aparacaq. Xatırladaq ki, həmin oyun 2:6, 6:4, 7:6 hesabı ilə italyan idmançının xeyrinə başa çatıb.

Finalçılardan heç biri əvvəllər “Uimbldon”da qalib gəlməyib. Beləliklə, turnirdə yeni çempion olacaq. Həlledici qarşılaşma sabah baş tutacaq. Yarışın hazırkı çempionu turniri ilk mərhələdə tərk edən Marketa Vondrouşovadır.

Seçilən
82
3
futbolinfo.az

7Mənbələr