Yeni mövsüm öncəsi transfer işlərini davam etdirən "Səbail" sıralarını daha iki futbolçu ilə zənginləşdirib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Dənizçilər" gənc oyunçular - yarımmüdafiəçi Gülağa Əsədov və qapıçı Əlirza Müştəbəzadə ilə müqavilə imzalayıb.