AZ

Çexiyalı tennisçi Uimbildonun qalibi oldu

Dünyanın 32-ci raketkası, çexiyalı tennisçi Barbora Kreycikova 2024-cü ilin Uimbldon çempionu olub.

90deqiqe.Az xəbər verir ki, fnalda o, dünyanın yeddinci raketkasi, italyan tennisçi Yasmin Paolini məğlub edib. Üç setdə görüş 6:2, 2:6, 6:4 hesabı ilə başa çatıb.

Görüş 1 saat 56 dəqiqə davam edib. 

Bundan əvvəl tennisçilər “Australian Open 2018”də üz-üzə gəliblər.Kreycikova “Australian Open 2018”in seçmə mərhələsinin ilk mərhələsində Paoliniyə 6:2, 6:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Paolini ardıcıl ikinci Böyük Dəbilqə finalında məğlub olub. Əvvəllər o, Rolan Qarros 2024-ün finalında İqa Sviateki məğlub edə bilməyib.Uimbldon 2024-ün nəticələrinə görə Kreycikova WTA reytinqinin ilk 10-luğuna qayıdacaq və Çempionat yarışında yeddinci olacaq.

Seçilən
66
4
90deqiqe.az

7Mənbələr