AZ

"Kocaelispor" Ramil Şeydayevlə vidalaşıb

Türkiyənin "Kocaelispor" kollektivi Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevlə vidalaşıb. Klub sosial şəbəkədə bununla bağlı paylaşım edib.

Paylaşımda tərəflərin müqaviləyə qarşılıqlı şəkildə xitam verildiyi bildirilib. Şeydayevə gələcək karyerasında uğurlar arzulanıb.

Bu ilin fevralında "Kocaelispor"a keçən Ramil 16 oyunda meydana çıxıb. O, cəmi 1 qol vura bilib.

Qeyd edək ki, Şeydayevin "Neftçi"yə keçməsi gözlənilir.

Seçilən
73
5
cbcsport.az

6Mənbələr