Türkiyənin tanınmış yazarı, duayen qəzetçisi Ardan Zentürk TV Musavata eksklüziv açıqlama göndərib.
Turkustan.az xatırladır ki, türkiyəli qəzetçi Donald Trampa sui-qəsddən 12 saat öncə verdiyi video-açıqlamada ABŞ dərin dövlətinin prezidentliyə namizədi vurdura biləcəyini dəqiqliklə söyləmişdi. Onun əsaslandırmasına görə, Bayden düşərgəsində müşahidə olunan siyasi çöküş dayanmasa, Trampın prezidentliyini durdura bilməsələr, eyni ilə Kennedi olayında olduğu kimi, D. Trampı da aradan qaldırmağa cəhd edəcəklər.
Onun təhlilinə görə, Trampın prezident seçilməsi Sakit və Atlantik okeanların hövzələrində cərəyan edən hadisələrdən tutmuş, Çin, Ukrayna, Orta Şərq və Qafqazlara qədər, az qala planetimizin çapında hər şeyi (nələri ki, ABŞ dərin dövləti yürüdür, aparır, planlayır) alt-üst edəcək. Ona görə də ABŞ-ı və kartları yenidən qarışdıracaqlar.
Budur, qəzetçinin proqnozu dəqiqliklə doğruldu, Tramp sadəcə təsadüf nəticəsində sağ qaldı, onun başına istiqamətlənmiş güllə qulağının üst qismini yalayıb, keçdi. Atılan güllə daha 1-2 santimetr sağa işləsəydi, indi prezidentliyə ən favorit namizədin ölməsi xəbərlərini yazırdıq...
Musavat.com hadisədən sonra Ardan Zentürkün məlum açıqlamasını yaydı və özü ilə əlaqə saxlayıb, eksklüziv açıqlama xahiş etdi. Ara-sıra Musavat.com üçün köşələr yazan Ardan Zentürk sağ olsun, sözümüzü çevirmədi və indi seyr edəcəyiniz video-şərhi yolladı. Burada hər şey var. Türkiyənin məşhur qəzetçisi niyə o qənaətə gəlib, bunu hansı şərtlər diqtə edib, ABŞ-da ikinci Kennedi vaqiəsi niyə yaşanıb və s.
"Bizim nəsil bu cür olaylara doğuşdan şərtbətliyik", deyən usta qəzetçinin yorumları ilə sizi baş-başa buraxırıq.