AZ

ABŞ tətikdə, FTB xəbərdarlıq etdi- Trampa sui-qəsdin cavab hücumları ola bilər...

Image

ABŞ Daxili Təhlükəsizlik Departamenti (DHS) və Federal Təhqiqat Bürosu (FTB) sabiq Prezident Donald Trampa sui-qəsd cəhdindən sonra ölkədəki hüquq-mühafizə orqanlarını mümkün “ardıcıl və ya cavab” hücumları barədə xəbərdar edən bülleten yayımlayıb.

DHS və FTB tərəfindən yayılan birgə bülletendə "ardıcıl və ya cavab" hücumları ilə bağlı narahatlıqlara istinad edilib, həmçinin qarşıdan gələn seçkilərlə bağlı tədbirlərdə sayıq olmağa çağırılıb.

Bülletendə 2024-cü il prezident seçkiləri ilə bağlı qarşıdan gələn tədbirlərdə potensial zorakılıqla bağlı narahatlıq ifadə edilib. FTB bununla bağlı onlayn icmaların üzvlərinin təhdidlərinə istinad edib. “FTB və DHS bəzi onlayn icmalardakı fərdlərin sui-qəsd cəhdinə cavab olaraq zorakılıq aktları hədələrini də araşdırır”, -deyə müraciətdə bildirilir.

Federal səlahiyyətlilər hələ də Trampa atəş açan şəxsin motivlərini araşdırır və qeyd edirlər ki, ictimai müzakirələrdə bölücü mövzuların rezonansı təhlükəli mühiti qızışdıra bilər.

Bülletendə tək fərdlərin və ya kiçik qrupların siyasi mitinqləri və seçki kampaniyası tədbirlərini hədəf almağa davam edə biləcəyi barədə xəbərdarlıq edilib. Eyni zamanda, radikallaşmanın və zorakılığa səfərbərliyin yüksək səviyyəsini nəzərə alaraq, bu cür təhdidləri aşkar etməyin çətinliyi etiraf olunub. Belə ki, sui-qəsd hadisəsindən əvvəl federal səlahiyyətlilər artıq siyasi motivli hücumları, hökumət rəsmilərini və namizədləri hədəf alan planları, həmçinin saxta bomba hədələri və seçki bürolarına göndərilən ağ tozlu məktublar kimi pozucu taktikaları qeydə alıblar.

ZÜMRÜD





Seçilən
128
45
baki-xeber.com

10Mənbələr