AZ

Dünya Qadın Seriyası: Baku Flamesin rəqibləri bəlli olub

Azərbaycanı 3x3 basketbol üzrə Dünya Qadın Seriyasında təmsil edəcək "Baku Flames"in Quba mərhələsindəki rəqibləri müəyyənləşib.

Ümumilikdə 8 komanda 2 qrupda mübarizə aparacaq. Təmsilçimiz A qrupunda Avstraliya, Niderland və Çinin U-24 komandası ilə yarışacaq. B qrupunda isə Çexiya, Filippin, İran yığmaları və “Düsseldorf Zoos” klubu yer alıb.

Qeyd edək ki, oyunlar iyulun 20-21-də keçiriləcək. Quba mərhələsinin açılış oyunu "Baku Flames” klubu ilə Niderland arasında baş tutacaq.

Seçilən
70
9
cbcsport.az

10Mənbələr