AZ

Azərbaycanda deputatların aylıq gəlirləri artıb

Azərbaycan millət vəkillərinin vəzifə maaşları təxminən 40 faiz artıb. Üstəlik, deputatlar hər ay vəzifə maaşlarının 2 misli qədər əlavə pul alacaqlar. Bu, “Milli Məclisin deputatının statusu” haqqında qanuna edilən dəyişikliklər nəticəsində mümkün olub.

Bu dəyişikliklərdən sonra Milli Məclis sədrinin maaşı 1075 manat artaraq aylıq 3550 manat olub. Onun əvvəlki maaşı 2475 manat idi.

Həmin qanuna görə, Milli Məclisin sədrinin birinci müavininin aylıq maaşı sədrin maaşının 90 faizi, müavinlərinin maaşları isə 85 faizi qədərdir. 

Milli Məclisin komitə və komissiya sədrləri MM sədrinin maaşının 80 faizi, komitə və komissiya sədrinin müavini isə onun maaşının 75 faizi qədər maaş almalıdırlar.

Milli Məclisin deputatı ayda MM sədrinin maaşının 70 faizi miqdarında əməkhaqqı alır.

Azərbaycanda minimum maaş, təhsil təqaüdləri və sosial müavinətlər nə qədər artırılıb?Bakıda işçilərin etirazı: “5 aydır maaş ala bilmirik”Çörəyin qiyməti: Cənubi Qafqaz boyunca bahalaşmaya səbəb nədir?deputat,

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
124
bbc.com

1Mənbələr