AZ

"Neftçi" Türkiyə klubuna qalib gəldi

Yeni mövsümə hazırlığı Türkiyədə davam etdirən "Neftçi" bu gün növbəti yoxlama matçını keçirib.

Oxu.Az xəbər verir ki, Roman Qriqorçukun rəhbərlik etdiyi komanda Türkiyənin Superliqa təmsilçisi "Sivasspor"la qarşılaşıb.

Matç Bakı klubunun 2:1 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, "Neftçi" klubu ilk yoxlama matçında Superliqanın digər təmsilçisi "Alanyaspor"u 3:1 hesabı ilə məğlub edib.

Seçilən
72
20
musavat.com

10Mənbələr