AZ

UEFA Çempionlar Liqası: "Linkoln" - "Qarabağ" görüşünün hakimləri açıqlanıb

"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində səfərdə “Linkoln”a (Cəbəllütariq) qarşı keçirəcəyi oyunun hakim təyinatı açıqlanıb.

Qarşılaşmanı macarıstanlı FIFA referisi İştvan Vad idarə edəcək. Vencel Tot və İştvan Albert köməkçi hakim funksiyasını yerinə yetirəcəklər. Bence Şonka isə dördüncü hakim kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, "Linkoln" - "Qarabağ" oyunu iyulun 23-d' Cəbəllütariqdəki “Europa Point Stadium”da keçiriləcək. Görüş saat 20:00-da start götürəcək.

Seçilən
48
27
cbcsport.az

10Mənbələr