AZ

Bu gün sizi nə gözləyir? - BÜRCLƏR

Qoç - istənilən işi sürətlə, maraqla görsəniz, yaxşı nəticə əldə edəcəksiniz. Təxəyyülü işə salın. Yaradıcılıq potensialınızın səviyyəsi yüksəkdir. Praktiki işlərə üstünlük verin. İndiyədək vaxt azlığından başlaya bilmədiyiniz işləri reallaşdırmağa can atın.

Buğa - nə işlə məşğulsunuzsa - ehtiyatlı olun. Yol verə biləcəyiniz səhv sonradan ciddi problemlər yarada bilər. Sayıq, sərvaxt olun. Yardım istəməkdən, məsləhət üçün etibarlı insanlara üz tutmaqdan çəkinməyin. Mənəvi də olsa, dəstəyə ehtiyacınız var.

Əkizlər - istirahət və əyləncə barədə fikirlərə qapılmayın. Çətin işi birlikdə görmək daha məsləhətdir. Məsləhətçiləriniz nə qədər çox olarsa, bir o qədər yaxşıdır. Alış-verişdə bədxərclik etməyin. Məsrəfləri azaltmağa çalışın.

Xərçəng - yalnız planlaşdırılmış işlərlə məşğul olun. Aldığınız təkliflər nə qədər maraqlı və cazibədar təsir bağışlasa da, onları düşünmədən qəbul etməyin. Bir zamanlar işlərinizə mane olan, sizə problemlər yaradan insan sizinlə danışmaq istəyir. O, günahının bağışlanmasını istədiyini deyəcək. Lakin bu adamla ünsiyyət sizə yaxşı heç nə vəd etmir.

Şir - qarşınızda yeni üfüqlər açılır. Çoxdan bəri qarşınıza qoyduğunuz məqsədə çata bilərsiniz. İndiyədək haqlı olduğunuza şübhələnən insanları da arxanızca apara bilərsiniz. Həmfikirlər sizə rəğbət bəsləyirlər.

Qız - çox uğurlu gündür. Əhəmiyyətli gəlir və dəyərli hədiyyə ehtimalı var. Köhnə tanışlardan alınacaq xəbərlər sizi sevindirəcək. Dəyər verdiyiniz insanlardan biri ilə təsadüfi görüş əhvalınızı yaxşılaşdıracaq. Anlaşılmazlıq ucbatından əskilmiş dostluq və romantik əlaqələrin bərpası mümkündür.

Tərəzi - peşəkar fəaliyyətlə bağlı məsələlərin qeyri-formal şəraitdə müzakirəsi üçün əlverişli zamandır. Maraqlarınızı bölüşən insanlarla bir sıra məsələləri təhlil edin. Həyata keçiriləcəyi təqdirdə yaxşı gəlir vəd edən biznes-ideyalar var.

Əqrəb - tələsməyin, vurnuxmayın. Situasiyanın ağırlaşması sizi təlaşa salmasın. Yaxın ətrafınızdakı insanları tələsdirərək onlarda qıcıq yaratmaq əvəzinə olayların ritminə uyğunlaşmağa çalışın. Köhnə dostlarla dil tapmaq çətin deyil. Onlar mövqeyinizi bölüşməsələr də, münaqişəyə səbəbkar olmayın.

Oxatan - çoxdan bəri qarşınıza qoyduğunuz məqsədə doğru əhəmiyyətli addımlar atmaq, son zamanlar sizi maraqlandıran suallara cavab almaq üçün əlverişli gündür.

Oğlaq - işgüzar aktivlik səviyyəsinin aşağı düşəcəyi gündür. Mühüm məsələlərin həlli üçün münasib zaman deyil. Buna rəğmən aktiv olun, yaranan problemləri vaxtında həll etməyə çalışın. Fəaliyyət arealının dəyişməsi və ya şəraitin yenilənməsində xeyir var. Yeni ideyalar sizi sevindirəcək.

Dolça - maraqlı işlər çox olacaq. Darıxmayacaqsınız. Məqsədə çatmaq üçün aktiv olun, süstlük etməyin. Yaxın zamanlar üçün planlaşdırılmış səfərə gərəkli əşyalar alın. Cəsur ideyalarınızdan biri sizi sevindirə bilər.

Balıqlar - sakit, başgicəlləndirici uğurlar və ya fəlakətli məğlubiyyətlər vəd etməyən gündür. Əhvalınızı pozmayın. Dostlarla görüş pozitiv emosiyalar bəxş edəcək. Son vaxtlar sizi narahat edən problemdən danışın. Yardım və ya dəstək ala bilərsiniz. Xoş sürprizlər, yaxşı tanımadığınız insanlardan hədiyyələr istisna deyil.

Milli.Az

Seçilən
135
mia.az

1Mənbələr