AZ

20 yaşlı braziliyalı "Mançester Siti"də

Bakı. Trend:

"Trua"nın hücumçusu Savio "Mançester Siti"yə keçib.

Trend İdman.biz-əistinadən xəbər verir ki, bu barədə "şəhərlilər"in mətbuat xidmətiməlumat yayıb.

20 yaşlı futbolçu ilə 2029-cu ilin yayına kimi müqaviləimzalanıb. Transferin dəyəri 25 milyon avrodur. Müqaviləninşərtlərinə görə, "Mançester Siti" bonus şəklində daha 15 milyonavro ödəniş edə bilər.

Qeyd edək ki, Savio son mövsümün icarə əsasında "Jirona"dakeçirib. O, 37 oyunda 9 qol və 10 ötürmə ilə yadda qalıb.

Seçilən
51
3
az.trend.az

4Mənbələr