AZ

Şüyüdün faydaları

Şüyüd süfrələrimizin vazkeçilməzlərindən  biri olmaqla yanaşı, sağlamlıq baxımından da çox qiymətli bir göyərti kimi tanınır.

Hit.az xəbər verir ki, şüyüd A, B1, B6, C, D və E vitaminləri və minerallarla zəngin tərəvəz bitkisidir. Qan şəkərini tənzimləyir. Belə ki, şüyüd insulin istehsalını aktivləşdirir ki, nəticədə qan şəkərinin qəfil yüksəlməsinin qarşısı alınır. Şüyüd həm diabetin idarə olunması, həm də profilaktikasında mühüm yer tutur. 


Ürək sağlamlığını qoruyur. Şüyüdün ürək sağlamlığının qorunması və insult riskinin azalmasında mühüm rolu var. Yüksək xolesterin üzərində şüyüd əla təsir göstərir. Xolesterolu azaltmaq isə ürək sağlamlığını qorumaq üçün əsas tədbirlərdən biridir.
Sümükləri gücləndirir. Şüyüd yedikdə kalsium rahat sovrulur ki, bu da osteoporoz kimi sümük itkisi xroniki xəstəliklərinə təsir göstərir.


Şüyüdün faydalı xüsusiyyətlərindən biri də yuxusuzluğa qarşı müsbət təsiridir. Ondan istifadə etməklə ağır iş və xroniki yorğunluq səbəbindən ortaya çıxan yuxu problemlərindən azad olmaq və baş ağrısını müalicə etmək mümkün olur. Ürək-damar sisteminə təsiri çox faydalıdır, o qan təzyiqini azaldır və orqanizmi sakitləşdirir. Şüyüd dəmləməsi soyuqdəyməyə kömək edir.

Sevinc

Seçilən
212
29
hit.az

10Mənbələr