Bakı, 20 iyul, AZƏRTAC
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 19-da ümumi çəkisi 3,8 kiloqrama yaxın narkotik vasitə, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 61 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.