AZ

Millimiz Ermənistanla qarşılaşacaq

20 yaşadək basketbolçu oğlanlardan ibarət Azərbaycan millisi Ermənistanla qarşılaşacaq.
Sport24.az xəbər verir ki, yığmamız Avropa çempionatının B divizionunda 19-cu yer uğrunda yarışacaq.
Oyun sabah Bakı vaxtı ilə saat 16:00-da start götürəcək. İspaniyalı məşqçi Alberto Blankonun rəhbərlik etdiyi yığmamız 17-ci yer uğrunda görüşdə İsveçrəyə 40:111 hesabı ilə məğlub olub.
Qeyd edək ki, komandamız turnirdə keçirdiyi beş oyunun hamısında uduzub.

Seçilən
87
3
sport24.az

5Mənbələr