AZ

"Paris-2024" üçün rekord bilet satışı

"Paris-2024" Yay Olimpiya Oyunlarına rekord sayda bilet satılıb.

Sportnet.az xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin idman direktoru Kit Makkonnell deyib.

O, bu günə olan məlumata görə 8,8 milyon biletin satıldığını bildirib. İdman direktoru daha çox idman yarışlarına sifariş olduğunu qeyd edib.

Qeyd edək ki, bundan əvvəlki rekord Atlanta-96 Olimpiadasında olub. ABŞ-da keçirilən Oyunlarda 8,3 milyon bilet satılıb.


Seçilən
32
7
sportnet.az

8Mənbələr