AZ

Basketbolçularımız bu gün Ermənistanla qarşılaşacaq 

Azərbaycanın 20 yaşadək basketbolçu oğlanlardan ibarət millisi Avropa çempionatında bu gün növbəti matçına çıxacaq. 

Yenisabah.az xəbər verir ki, ispaniyalı məşqçi Alberto Blankonun rəhbərlik etdiyi komanda 19-cu yer uğrunda oyunda Ermənistanla qarşılaşacaq. 

Rumıniyadakı "Piteşti Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. 

Qeyd edək ki, milli 17-20-ci yerlər uğrunda görüşdə İsveçrəyə 40:101 hesabı ilə uduzub. 


Telegram kanalımız
Seçilən
48
21
yenisabah.az

10Mənbələr