AZ

Millimiz Ermənistanla üz-üzə gələcək

20 yaşadək basketbolçu oğlanlardan ibarət Azərbaycan millisi Ermənistanla qarşılaşacaq.

Yığmamız Avropa çempionatının B divizionunda 19-cu yer uğrunda yarışacaq.

Oyun sabah Bakı vaxtı ilə saat 16:00-da start götürəcək. İspaniyalı məşqçi Alberto Blankonun rəhbərlik etdiyi yığmamız 17-ci yer uğrunda görüşdə İsveçrəyə 40:111 hesabı ilə məğlub olub.

Qeyd edək ki, komandamız turnirdə keçirdiyi beş oyunun hamısında uduzub.

Seçilən
94
3
cbcsport.az

5Mənbələr