AZ

Bakıdakı Avropa Çempionatında 14 ölkə o.toral edəcək

Paytaxt Bakıda keçiriləcək gimnastika üzrə “TeamGym” çempionatında iştirak etmək üçün 14 ölkənin yığması ərizə təqdim edib. Yarış oktyabrın 16-19-da təşkil ediləcək.

Turnirə ev sahibliyi edəcək millimizin rəqibləri Çexiya, Danimarka, Avstriya, Estoniya, Finlandiya, Böyük Britaniya, İslandiya, İtaliya, Lüksemburq, Niderland, Portuqaliya, Norveç və İsveç idmançıları olacaq.

Bakıya 498 gimnastın gələcəyi gözlənilir. Onların arasında 268 böyük və 230 yeniyetmə idmançı var.

Qeyd edək ki, “TeamGym” Avropa Gimnastikasının populyarlaşdırdığı komanda yarışıdır. Bu turnir üç növdə çıxışlardan ibarətdir: “TeamGym” xalçası, tamblinq zolağı və kiçik batut.

Seçilən
67
4
cbcsport.az

5Mənbələr