AZ

ŞİH yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov İctimai Şuraya seçilmiş üzvlərlə görüşüb. Görüş zamanı icra başçısı ictimai əsaslarla fəaliyyət göstərən İctimai Şuranın ötən dövrdəki fəaliyyətinə nəzər salıb, fikirlərini bölüşüb. Həmçinin Şuranın ŞİH-nin fəaliyyətində ictimai iştirakçılığın təmin edilməsi, müvafiq qərarların qəbulu zamanı ictimai rəy və vətəndaş maraqlarının nəzərə alınması, şəffaflığın daha da artırılmasında əhəmiyyətli olacağını vurğulayıb.

Şura üzvləri Naftalan ŞİH-nin fəaliyyətinin bütün sahələrində yaxından iştiraklarının və bundan sonra da “İctimai iştirakçılıq haqqında” Qanuna uyğun olaraq fəaliyyət göstərəcəklərini və üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərini bildiriblər. Fəaliyyətləri dövründə onlara göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, ŞİH yanında İctimai Şuraya seçkilər 25 iyun 2024-cü il tarixdə keçirilib.  

Seçilən
392
2
naftalan-ih.gov.az

3Mənbələr