AZ

Musa Qurbanlı əməliyyat olunacaq

"Qarabağ” klubunun futbolçusu Musa Qurbanlı əməliyyat olunacaq.

 

Bunu Sfera.az açıqlamasında Ağdam təmsilçisinin mətbuat katibi Anar Hacıyev deyib.

 

Kluba rəsmisi futbolçunun zədəsi haqqında danışıb:

 

"Musa Qurbanlı Cəbəllütariqə getməmişdən öncə Avstriyada keçirilən son yoxlama oyununda menisk nahiyəsindən zədələnmişdi. O, yəqin ki, qarşıdakı bir-iki gün ərzində əməliyyat oluncaq. Komandaya isə 4-6 həftəyə dönəcək".

 

Qeyd edək ki, Musa Qurbanlı "Qarabağ"a bu yay İsveçin "Yurqorden" klubundan transfer olunub. 22 yaşlı hücumçu ilə 3 illik müqavilə bağlanıb.

Seçilən
62
13
sfera.az

10Mənbələr