AZ

“Neftçi“ Səudiyyə Ərəbistanı Pro Liqası klubu ilə qarşılaşacaq

Türkiyənin Erzurum bölgəsində təlim-məşq toplanışını davam etdirən "Neftçi"nin yoxlama görüşlərindəki sonuncu rəqibi bəlli olub.

"Ağ-qaralar" Səudiyyə Ərəbistanı Pro Liqası təmsilçisi “Əl-Oruba”yla qarşılaşacaq.

Qeyd edək ki, “Palandöken Yüksek İrtifa Camp Facilities”də baş tutacaq qarşılaşma Bakı vaxtı ilə sabah saat 18:00-da start götürəcək.

Paytaxt klubu sabah toplanışa yekun vuracaq.


Seçilən
43
5
news365.az

6Mənbələr