Bakı, 25 iyul, AZƏRTAC
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 24-də ümumi çəkisi 16,6 kiloqrama yaxın narkotik vasitə, həmçinin 3565 ədəd metadon həbi və kultivasiya yolu ilə yetişdirilmiş 54 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilir ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.