AZ

“Sabah” daha bir basketbolçu ilə anlaşdı - FOTO

Transfer çalışmalarını davam etdirən “Sabah” Basketbol Klubu sıralarını daha bir legioner oyunçu ilə gücləndirib.

Bizim.Media xəbər verir ki, amerikalı basketbolçu DeAndre Uilyams FIBA çempionlar liqasında mübarizə aparacaq “Sabah”ın heyətinə cəlb olunub.

206 sm boya malik basketbolçu ilə 2 illik müqavilə imzalanıb. 27 yaşlı amerikalı basketbolçu T1 liqasında mübarizə aparan “Taiwan Beer Leopards” klubunda çıxış edib.
DeAndre Uilyams 2020-2023-cü illər aralığında öz ölkəsində NCAA 1-ci divizionunda iştirak edən “Memphis Tigers” klubunda oynayıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
34
14
bizim.media

10Mənbələr