AZ

Ən keyfiyyətli Çin avtomobili hansıdır?- Reytinqin lideri məlum oldu

Kompakt krossover “GAC GS3” Çin Avtomobil Keyfiyyət Reytinqində lider olub.

Azpost.info xəbər verir ki, bu barədə “İzvestiya” Çin avtomobil istehsalçısına istinadən yazıb.

Bazarın tənzimlənməsi üçün Çin administrasiyasının təşəbbüsü ilə yaradılan reytinq etibarlılıq, istifadə rahatlığı və digər parametrləri qiymətləndirib.

Yığcam Çin krossoverləri seqmentində “GAC GS3” “Changan CS35 plus”, “Geely Coolray”, “Chery Tiggo 5”, “BAIC X3” və digər modelləri üstələyib.

Avtomobilin mühərriki 170 at gücündədir, orta yanacaq sərfiyyatı isə 5,9 l / 100 km.-dir.

Azpost.info

Seçilən
168
azpost.info

1Mənbələr