AZ

Afət Fərmanqızı deputatlığa namizəd olacaq? - Özü açıqladı

"Azərbaycanda yaşasaydım deputat olmaq istəyərdim".

Bu sözləri məşhur müğənni Afət Fərmanqızı "Cebheinfo.az"a açıqlamasında deyib.

O, sentyabrın 1-də keçiriləcək parlament seçkilərində deputatlığa namizəd olub-olmayacağı barədə danışıb:

"Əgər Azərbaycanda yaşasaydım deputatlığa namizəd olmağı düşünərdim. Bir ziyalı xanım kimi parlamentdə təmsil olunmaq istəyirdim. Niyə də olmasın?! Çünki biz xalqın içində olduğumuz üçün insanların nə problemləri olduğunu daha yaxşı bilirik. Ona görə də Bakıda yaşasam xalq üçün deputatlığa namizəd olmaq fikrimdən keçərdi. Üstəlik, seçilmək potensialım da var". 

Lakin sənətçi Rusiyada yaşadığını xatırladıb:

"Mən uzun illərdir ki, Rusiyada yaşayıram. Yaxın 15 il ərzində də orada yaşayacağam. Düşünürəm ki, sənətim də Rusiyada daha çox inkişaf edir. Üstəlik, orada sənətimə görə mənə ehtiyac var. Ona görə də artıq deputatlığa namizəd olmaq barədə düşünmürəm".

Seçilən
114
cebheinfo.az

1Mənbələr