AZ

Fransada yüksəksürətli qatarların üçdə biri xəttə çıxmayıb

Fransada Olimpiadanın açılışı günü qatar yollarındakı kütləvi yanğın hadisələrindən sonra nəqliyyat kollapsı baş verib. Nəticədə iyulun 27-dən Fransanın yüksəksürətli qatarlarının üçdə biri xəttə çıxa bilməyib.

“Report” Fransa KİV-inə istinadən xəbər verir ki, ölkənin Baş naziri Qabriel Attal təhlükəsizlik qüvvələrinin qatar yollarında yanğın törədənlərin axtarışlarını davam etdirdiyini bildirib.

Bu arada, Fransa Dəmir Yolları Milli Şirkəti (SNCF) şənbə günləri Parisdən olan əsas xətlərdə reyslərin ən azı iki saat gecikəcəyini açıqlayıb.

SNCF-dən bildirilib ki, diversantlar dəmir yolu şəbəkəsinin təhlükəsiz istismarı üçün lazım olan fiberoptik kabelləri kəsib və yandırıblar.

Qeyd olunub ki, Paris ilə bir sıra Avropa şəhərləri, o cümlədən London arasında beynəlxalq əlaqəni təmin edən “Eurostar”ın reyslərinin dörddə biri də ləğv edilib.

Nəqliyyatın hərəkətinin bazar ertəsi səhərə qədər bərpa olunacağı gözlənilir.

"Cebheinfo.az"

Seçilən
49
7
cebheinfo.az

9Mənbələr