...İş adamı Yan Abramovun vəkili Aleksandr Dobrovinski müğənni Alsunun öz mənzilinə girə bilməməsi və ailənin yaşadığı yaşayış kompleksinin dayanacağına avtomobillə gedə bilməməsi ilə bağlı məlumatı təkzib edib.
SİA-nın əldə etdiyi məlumata görə, o, bu barədə 5-tv.ru ilə söhbətində bildirib.
...Həm Alsu Ralifovnanın, həm də onun avtomobilinin girişinə heç bir məhdudiyyət qoyulmayıb. Yaşayış kompleksinin idarəedici şirkəti Alsunun Rusiyada olduğu günlərdə bu mənzildən istifadə etdiyini təsdiqləyə bilər.
Bunu deyənDobrovinski, həmçinin yalan məlumatların bu məlumatları yoxlamaq üçün “zəhmət çəkməyən” “vicdansız jurnalistlər” tərəfindən yayıldığını bildirib.
Bundan əvvəl mediada Yan Abramovun yaşayış kompleksinin işçilərinə Alsuyu öz mənzilinə buraxmamağı əmr etdiyi, həmçinin avtomobilinin dayanacağa daxil olmasını qadağan etdiyi barədə xəbərlər yayılmışdı. Və müğənni guya mənzilində yaşamaq hüququnu bərpa etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalıb..?
Nazlı Almuradova