Azərbaycanlı futbolçu Rahil Məmmədov Polşa çempionatında məğlubiyyət acısı yaşayıb.
İdman.biz xəbər verir ki, onun çıxış etdiyi "Radomyak" 2-ci turda "Yaqelloniya" ilə qarşılaşıb.
Rahilin komandası doğma azarkeşlər önündə son çempiona uduzub. "Radomyak" 0:2 hesabı ilə geriyə düşsə də, bərabərliyi bərpa edib bilib. Amma "Yaqelloniya" son dəqiqələrdə 3-cü dəfə fərqlənib - 3:2. Məmmədov bu görüşdə meydana çıxmayıb.
Qeyd edək ki, Rahil ilk turda matçın son dəqiqələrdə meydana çıxmaq şansı qazanıb.
İdman.biz