AZ

Parisdə Olimpiya Evində Azərbaycan idmançıları ilə görüş keçirilib

Paris, TurkicWorld

XXXIII Yay Olimpiya Oyunları çərçivəsində Parisdə fəaliyyət göstərən Olimpiya Evində iyulun 30-da Azərbaycan idmançıları ilə görüş keçirilib.

TurkicWorld xəbər verir ki, görüşdə gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Azərbaycan Cüdo Federasiyasının Prezidenti, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Azər Əliyev, Azərbaycanın Respublikasının UNESCO yanındakı daimi nümayəndəsi Elman Abdullayev, Olimpiya və dünya çempionları eləcə də, Olimpiadada ölkəmizi təmsil edən idmançılar, onların məşqçiləri, media nümayəndələri, müxtəlif ölkələrin rəsmi nümayəndələri və digər şəxslər iştirak ediblər.

Tədbirin bədii hissəsi müğənni Mardan Bandın ifasında musiqi nömrələri ilə davam edib.

Qonaqlar həmçinin Azərbaycan Olimpiya evində quraşdırılmış monitorda Olimpiadanın 3x3 basketbol yarışlarında Azərbaycan - İspaniya oyununu birlikdə izləyiblər.

Seçilən
43
11
turkic.world

10Mənbələr