AZ

Əliməmməd Nuriyev də namizədliyini geri götürdü

Tanınmış hüquqşünas, sabiq millət vəkili, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev VII çağırış parlament seçkilərində iştirakla bağlı namizədliyini geri götürüb.
 
Moderator.az xəbər verir ki, bu barədə Ə.Nuriyev sosial şəbəkə hesabında məlumat verib.
 
Ə.Nuriyev bildirib ki, 75 saylı Yardımlı-Masallı seçki dairəsində seçki yarışını davam etdirməməyə qərar verib.
 
Qərarı ilə bağlı müxtəlif səbəbləri əsas gətirən hüquqşünas qeyd edib ki, fəaliyyətində əsas prinsip dövlət və dövlətçilik maraqlarıdır:
 
“Bu maraqların təmin olunması ali məqsədimizdir. Hər bir vətəndaş, soydaşımız müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ölkəmizin inkişafı siyasətinə öz miqyasında töhfəsini verməlidir. Bu məqsəd üçün hər bir şəxsin öz missiyası müəyyənləşir. Əsas məsələ mümkün olanın ən yaxşısını etməyi bacarmaqdır. Bu prosesdə dəstək olan hər kəsə təşəkkür edirəm”.
 
Qeyd edək ki, 75 saylı Yardımlı-Masallı seçki dairəsindən YAP-ın namizədi Əliyev Sərvər Məlikməmməd oğludur.
 
İndiyədək isə bu dairədən seçilən Musa Qasımlı IV, V, VI çağırış Milli Məclisin deputatı olub. O, VII çağırış parlamentində də namizəddir.
 
Xatırladaq ki, III, IV, V və VI çağırış Milli Məclisin deputatı olmuş Vahid Əhmədov da bir neçə gün əvvəl 59 saylı Quba seçki dairəsindən namizədliyini geri götürdüyünü açıqlayıb. Həmçinin 3 saylı Babək-Şahbuz-Kəngərli seçki dairəsindən namizədliyini irəli sürən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da seçki yarışından geri çəkilib.
 
Seçilən
137
21
moderator.az

10Mənbələr